Ağdərə və Xocavənddə yanğınlar davam edir

28 İyul 2025 22:04 (UTC+04:00)

Ağdərə və Xocavənd rayonlarının bəzi ərazilərində yanğınlar davam edir.

Xocavənd rayonunun Hünərli kəndi və Ağdərə rayonunun Talış kəndi ərazisində dağ massivlərində şiddətli yanğın müşahidə olunur.

Sözügedən rayonlarda alovla mübarizə aidiyyəti üzrə yanğınsöndürən briqadalar tərəfindən davam etdirilir.

Onu da qeyd edək ki, Ağdərə rayonunun Talış kəndi ərazisində alov yaşayış məntəqəsinə yaxınlaşıb.

Aznews.az