Energetika Nazirliyi elektromobillik strategiyası hazırlayıb.
Bunu nazirlik yanında Dövlət Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib.
"Hazırda strategiya hökumətin müzakirəsindədir", - o qeyd edib.
C.Abdullayev, həmçinin vurğulayıb ki, 2027-ci ilin sonuna qədər Azərbaycanda bərpa olunan enerji sahəsində quraşdırılmış güc 2 min meqavata qədər artacaq: “Bərpa olunan enerji sahəsində işlərin birinci mərhələsi 2027-ci ildə başa çatacaq. İkinci mərhələnin 2030-cu ilə qədər başa çatdırılması planlaşdırılır”.
AzNews.az