Azərbaycanda yaşı 100 və daha yuxarı olan pensiyaçıların sayı açıqlanıb

30 İyul 2025 12:33 (UTC+04:00)

Azərbaycanda hazırda yaşı 100 və daha yuxarı olan pensiyaçıların sayı 276 nəfərdir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Qeyd olunub ki, onların 41-i kişi, 235-i qadındır.

Ən yaşlı pensiyaçı isə 135 yaşlı Lənkəran sakini Tamam Əli qızı Əzizovadır.

AzNews.az