Qvatemalada 6 bal gücündə zəlzələ baş verib

30 İyul 2025 14:38 (UTC+04:00)

Almaniyanın Yer Elmləri Araşdırma Mərkəzi Qvatemalada 6 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.

Mərkəzdən verilən açıqlamada zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi bildirilib.

Zəlzələ nəticəsində 1 nəfər ölüb, 20-dən çox bina dağılıb.

Qvatemala Milli Bələdiyyə və Departament Yanğınsöndürənlər Assosiasiyası ən çox zərərin San Migelə dəydiyini açıqlayıb.

Mövsüm,

AzNews.az