Tramp avqustun 1-dən Hindistan idxalına 25% rüsum tətbiq etdiyini açıqlayıb

30 İyul 2025 17:08 (UTC+04:00)

ABŞ avqustun 1-dən Hindistandan idxala 25% rüsum tətbiq edəcək.

Bunu Amerika prezidenti Donald Tramp bəyan edib .

"Onlar həmişə hərbi texnikalarının böyük əksəriyyətini Rusiyadan alıblar və Çinlə yanaşı, Rusiya enerjisinin ən böyük alıcısıdırlar. Hindistan avqustun 1-dən yuxarıdakı hərəkətlərə görə 25% tarif və cərimə ödəyəcək", - Tramp Truth sosial şəbəkəsində yazıb.

Siyasətçi izah edib ki, tariflərlə bağlı qərar həm də ABŞ və Hindistan arasında ticarət balanssızlığı ilə bağlıdır.

Mövsüm,

AzNews.az