Arif Babayevlə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində olacaq

1 Avqust 2025 11:19 (UTC+04:00)

Xalq artisti Arif Babayevlə vida mərasiminin yeri və saatı məlum olub.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, mərasim saat 13:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. Daha sonra xanəndə Fəxri xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, Xalq artisti iyulun 23-də kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib. Avqustun 1-i səhər saatlarında vəfat edib.

AzNews.az