Ukrayna ilə Rusiya arasında müharibə davam edir.
Tərəflər arasında atəşkəslə bağlı hələlik irəliləyiş olmasa da, Qərb ölkələri və ABŞ Ukraynanı dəstəkləməkdə davam edir.
Almaniya Müdafiə Nazirliyi yazılı açıqlamada yaxın günlərdə Ukraynaya ilk addım olaraq əlavə Patriot atıcılarının göndəriləcəyini açıqlayıb.
İkinci mərhələdə Ukraynanın hava hücumundan müdafiəsini əlavə Patriot batareyaları ilə gücləndirmək üçün yaxın 2-3 ay ərzində daha çox komponentlər gətiriləcək.
Sistemlərin Ukraynada yerləşdirilmək üçün hazırlanaraq təhvil veriləcəyi vurğulanıb.
Bunun müqabilində Almaniyanın maliyyələşdirdiyi ən son nəsil Patriot sistemlərini ABŞ-dən tez bir zamanda alacağı bildirilib.
Açıqlamada “Davam edən prosedur ABŞ ilə etibarlı koordinasiyanın nəticəsidir” ifadələri işlədilib və sözügedən addımın 14 iyulda Almaniyanın müdafiə naziri Boris Pistorius və ABŞ müdafiə naziri Pit Heqset tərəfindən Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün atıldığı xatırladılıb.
Müdafiə naziri Pistorius, çatdırılma elanı ilə bağlı verdiyi açıqlamada, "Almaniya Ukraynaya əvvəlcə atıcı qurğularla, sonra isə əlavə Patriot sistem komponentləri ilə dəstək verə biləcək. Bu, bir daha Almaniyanın hava hücumundan müdafiə sahəsində Ukraynanın ən güclü dəstəkçisi olduğunu nümayiş etdirir",- deyə qeyd edib.
“Razılaşdırılmış həll yolu ilə Almaniya yenidən Ukraynanın hazırda təcili ehtiyaclarının sürətlə ödənilməsində aparıcı rol oynayır”, o deyib.
Mövsüm,
AzNews.az