Vladimir Putin: Ukrayna ilə danışıqlara müsbət baxıram

1 Avqust 2025 17:42 (UTC+04:00)

Bu müharibə dünyanın gündəmindədir...

Rusiya və Ukrayna üç ildən artıq davam edən müharibəyə son qoyacaq sülh ümidi axtarırlar.

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlar, cəbhə xəttindəki vəziyyət və Rusiyanın hərbi imkanları ilə bağlı açıqlamalar verib.

Ümumilikdə İstanbul danışıqlarını müsbət qiymətləndirdiyini deyən Putin, hər iki tərəfin işçi qrupların yaradılması ideyasına müsbət baxdığını və bu danışıqların sakit şəraitdə davam etməsi ilə bağlı razılığa gəldiyini bildirib.

Putin danışıqlardan məyus olanların həddindən artıq gözləntilərinin olduğunu və danışıqların davam edəcəyini güman etdiyini bildirib.

Bununla belə, o, Rusiyanın danışıqlardakı məqsədlərinin dəyişmədiyini də vurğulayıb.

O, həmçinin bəyan edib ki, həm Rusiyanın, həm də Ukraynanın təhlükəsizliyinə ümumavropa təhlükəsizliyi kontekstində baxmağın mənası var.

Putin əlavə edib ki, iki ölkənin mümkün güzəştləri müzakirə etmək üçün işçi qrupları yaradılacağına ümid edir.

Mövsüm,

AzNews.az