FTB Trampın adını Epsteyn işi ilə bağlı hökumət fayllarından çıxarıb

2 Avqust 2025 09:03 (UTC+04:00)

Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ prezidenti Donald Trampın və digər yüksək rütbəli məmurların adını Epsteyn işi ilə bağlı hökumət fayllarından çıxarıb.

Aznews.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı “Bloomberg“ məlumat yayıb.

Yazıda bildirilib ki, 2006-cı ildə təhqiqat başlayanda Trampın sıravi vətəndaş olub və buna görə də onun adı sənədlərdən çıxarılıb.

Agentlik həmçinin vurğulayıb ki, belə sənədlərdə kiminsə adının çəkilməsi onun cinayət törətməsi demək deyil.