Tramp xüsusi nümayəndəsini Kremlə göndərir

4 Avqust 2025 09:25 (UTC+04:00)

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiyaya səfər edəcək.

APA xəbər verir ki, bunu Donald Tramp jurnalistlərə açıqlaması zamanı deyib.

Ağ Evin rəhbəri səfərin 6-7 avqustda baş tutacağını bildirib.

Səfər zamanı həmçinin Qəzza zolağındakı vəziyyətin də müzakirə olunacağı bildirilir.

AzNews.az