Fransa Azərbaycanda səfir vəzifəsinə namizədini təqdim edib

4 Avqust 2025 12:24 (UTC+04:00)

Fransanın Azərbaycandakı səfiri Ann Buayonun yaxın müddətdə səlahiyyət müddəti başa çatacaq.

Bu barədə Fransanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, səfirin Azərbaycanı tərk edəcəyi tarix hələlik müəyyən edilməyib.

“Onun yerinə təklif edilən şəxsin kimliyi ilə əlaqədar məlumat Azərbaycan hökumətinə təqdim olunub”, - bildirilib.

APA