Almaniya Hərbi Hava Qüvvələrinə məxsus 5 "Eurofighter Typhoon" qırıcısı NATO-nun şərq cinahında əməliyyatları dəstəkləmək üçün Polşaya göndərilib.
Bu barədə Polşa Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
“NATO-nun kollektiv müdafiəsinin gücləndirilməsi çərçivəsində Almaniya Hərbi Hava Qüvvələrinə məxsus beş Eurofighter EF-2000 Typhoon qırıcısı yaxın həftələrdə Minsk-Mazowieckie şəhərindəki 23-cü Taktiki Hava Bazasına yerləşdiriləcək”, - idarənin X sosial şəbəkəsində (keçmiş Twitter) bəyanatında deyilir.
Təyyarənin “müdafiə əməliyyatlarını” dəstəkləmək üçün istifadə ediləcəyi bildirilir.
Mövsüm,
AzNews.az