İsveçrə ABŞ ilə ticarət danışıqlarını davam etdirməyə hazır olduğunu bildirib

4 Avqust 2025 18:39 (UTC+04:00)

İsveçrə ABŞ ilə tarif danışıqlarını davam etdirmək və saziş bağlamaq üçün daha əlverişli təklif irəli sürmək niyyətindədir.

Bu barədə İsveçrə Federal Şurasının öz internet səhifəsində yaydığı bəyanatda deyilir.

"ABŞ-nin İsveçrə mallarına tarifləri 39%-ə qədər artırdığını elan etdikdən sonra Federal Şura 4 avqust 2025-ci ildə ABŞ ilə danışıqları davam etdirmək qərarına gəlib".

Danışıqların avqustun 7-dən, 39 faizlik tariflərin qüvvəyə mindiyi gündən sonra davam etdirilə biləcəyi vurğulanır. Eyni zamanda, Vaşinqtonla razılığa gəlmək üçün İsveçrə Federal Şurası danışıqlara yeni yanaşma hazırlayıb.

Mövsüm,

AzNews.az