Naxçıvanda işsizlikdən və icbari tibbi sığorta haqları üzrə daxilolmalar artıb

6 Avqust 2025 10:24 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən və icbari tibbi sığorta haqları üzrə daxilolmalar müvafiq olaraq 2,7 milyon manat və 18,1 milyon manat təşkil edib.

Bu barədə AzNews.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,7 % və 10,6 % çoxdur.

AzNews.az