Həm Türkiyədən, həm də dünyadan yanğın xəbərləri gəlməyə davam edir...
İspaniyanın cənubundakı Kadis şəhərinin turistik şəhəri Tarifada yanğın baş verib .
1500-dən çox insan təxliyə edilib
Əndəlus muxtar hökumətinin daxili işlər, sosial dialoq və dövlət idarəsi naziri Antonio Sanz, sürətlə yayılan yanğınlar səbəbilə Tarifadakı Torre la Pena II düşərgəsindən 1500-dən çox insanın təxliyə edildiyini və təxminən 5000 avtomobilin çıxarıldığını açıqlayıb.
İspaniya mətbuatına açıqlama verən Sanz, "Çətin və çox sıx bir gecə idi, vəziyyət kritikdir" deyə , yanğının söndürülməsinə 17 təyyarə və helikopterin cəlb edildiyini bildirib.
Digər tərəfdən ölkənin şimalındakı Navarra bölgəsində dünən başlayan meşə yanğınının söndürülməsi üçün qurudan və havadan səylərin davam etdiyi qeyd edilib.
Mövsüm,
AzNews.az