“Çar Rusiyası - xalqlar həbsxanası” adlı xəritə üzə çıxdı - Moskvada çap olunub

6 Avqust 2025 19:19 (UTC+04:00)

Tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev “Çar Rusiyası - xalqlar həbsxanası” (rusca: Царская Россия - тюрьма народов) adlı xəritəni üzə çıxarıblar.

Tarixçilər bu haqda Aznews.az-a açıqlamasında bildiriblər:

“Bu xəritə “İmperializm” adlı albomda (Moskva, 1936) çap olunub. Lenin çar Rusiyasını “xalqlar həbsxanası” adlandırsa da, sovet Rusiyası 1922-ci ildə yeni “xalqlar həbsxanası”na - Sovet imperiyasına çevrildi.

Oxuculara “Rusiyanın Asiyada ekspansiyası” (ingiliscə: Russian expansion in Asia) adlı xəritə barədə də məlumat vermək istəyirik. Bu xəritə tanınmış “Britannica” ensiklopediyasında təqdim edilib. Xəritədən aydın görünür ki, 1533-cü ildə Rusiyanın ərazisi çox kiçik olub (qəhvəyi rəngdə). Bu xəritə onu da sübut edir ki, Rusiya işğallar (müxtəlif rənglərdə) sayəsində öz ərazisini genişləndirərək, böyük bir imperiyaya çevrilib”.

Mövsüm,

AzNews.az