"Bərdə rayonunun Lənbəran kəndində vətəndaşlar və kənd ağsaqqallarının birgə təşəbbüsü ilə mühüm bir addım atılıb. Belə ki, kənd ərazisində yas məclislərində dəbdəbəli və israfçılığa yol açan isti yeməklərin verilməsi dayandırılıb".
AzNews.az xəbər verir ki, yeni qərara əsasən, artıq yas mərasimlərində sadə şəkildə yalnız halva, çay və oxşar sadə ehsanlar veriləcək. Bu təşəbbüs həm dini dəyərlərə uyğunluq, həm də ailələrin maddi yükünün azaldılması məqsədi daşıyır.
Kənd sakinləri bu qərarı razılıqla qarşılayıb və bunun digər kəndlər üçün də nümunə olacağını bildiriblər. Lənbəran kəndində atılan bu addım bölgədə mərasim mədəniyyətinin daha təvazökar və mənəvi əsaslarla formalaşmasına xidmət edir.
AzNews.az