BƏƏ prezidenti Rusiyada rəsmi səfərdədir

7 Avqust 2025 14:00 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Rusiyaya rəsmi səfərə gəlib.

Onun təyyarəsinin Moskvanın Vnukovo hava limanına endiyi qeyd edilir. BƏƏ liderini Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski, Baş nazirin birinci müavini Denis Manturov və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) baş direktoru Kirill Dmitriyev qarşılayıblar.

Mövsüm,

AzNews.az