Rüstəm İbrahimbəyovun şikayəti təmin edilmədi

6 Sentyabr 2013 16:33 (UTC+04:00)
Milli Şura sədri Rüstəm İbrahimbəyovun MSK-dan şikayəti üzrə kassasiya şikayətinə Ali Məhkəmədə baxıllıb.

Milli Şurada təmsil olunan hüquqşünas Elman Məmmədzadənin modern.az-a veridiyi məlumata görə, Ali Məhkəmədə Rüstəm İbrahimbəyovun kassasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) sədri Rüstəm İbrahimbəyov Mərkəzi Seçki Komissiyasını prezidentliyə namizədliyini təsdiqləmədiyi üçün komissiyanı məhkəməyə verib.

AzNews.az