İsrailin baş naziri Benyamin Netanyahu blokadada saxladıqları Qəzza zolağının ilhaq etməyəcəklərini və məqsədlərinə çatdıqdan sonra bölgəni müvəqqəti idarəyə təhvil verməyi planlaşdırdıqlarını bildirib.
Qərbi Qüdsdə baş nazirlik ofisində hindistanlı jurnalistlərlə görüşən Netanyahu yerli medianın verdiyi açıqlamalarda Qəzzaya hücumların məqsədinin "Həması məhv etmək və bütün İsrailli məhbusları geri qaytarmaq " olduğunu bildirib .
Netanyahu İsrailin Qəzzanı ilhaq etməyi düşünmədiyini və əməliyyatın bölgəni müvəqqəti inzibati quruma buraxmaq üçün planlaşdırıldığını müdafiə edib.
Netanyahu , HƏMAS silahlarını yerə qoysa və israilli məhbusları azad etsə , Qəzzaya hücumların “sabah da bitə biləcəyini” iddia edib və bu şərtlərin yerinə yetirilməsini müharibənin dayandırılması üçün ilkin şərt kimi irəli sürüb.
Mövsüm,
AzNews.az