"Qardaş ölkə Türkiyə saxta diplom qalmaqalı ilə çalxalanır. Bəlli olub ki, çox sayda yüksək ranqlı məmurlar, siyasətçilər, iş adamları – illərlə dövlət strukturlarında yer alan şəxslərin ali təhsili sadəcə kağız üzərində imiş. Bu “diplomlar” cinayətkar şəbəkə vasitəsilə əldə olunub".
Bu barədə tanınmış jurnalist Fərid Şahbazlı açıqlama verib. O, deyib:
"Bəs, bizdə belə bir araşdırma aparılsa nə üzə çıxar? Hansı "diplom"lular heç vaxt auditoriya görməyib? Kimlər xaricdən pulla alınmış, heç bir akademik çəkisi olmayan “sertifikat"larla vəzifələrə daşınıb, qərarların taleyinə təsir edib? Maraqlıdır..."
AzNews.az