Müğənni Röya həyat yoldaşından ayrılıb?- FOTO

6 Sentyabr 2013 16:36 (UTC+04:00)
AzNews.az xəbər verir ki, Azərbaycan məşhur müğənnisi Röya Ayxanın həyat yoldaşı Anar Cəlilov "İnstagram"da ailə münasibətlərinə son qoyduğunu yazıb. O, oğlu Hüseynin və Röya ilə birgə olan fotolarını paylaşdıqdan sonra, Röyanın pərəstişkarlarının yazdığı "Bəs Röya hanı?" şərhlərinə, "Yoxdur, boşandıq" deyə, cavab yazıb. Onun sosial şəbəkədə yazdığı rəy müzakirələrə səbəb olub.

AzNews.az