Qafqazın siması dəyişir. Bu dəyişiklik 2020-ci ildə, Azərbaycanın öz torpaqlarını azad etməsi ilə başladı. İlham Əliyevin qətiyyəti, strategiyası, sərkərdəlik məharəti ilə regionumuzda yeni bir nizam yarandı və bu nizamı hər kəs tanıdı. Yaxın-uzaq coğrafiyada olmasından asılı olmayaraq hamı hesablaşdı, reallığı qəbul etdi. Azərbaycanın yaratdığı yeni oyun qaydaları ilə barışdı.
Kənardan pronozlaşdırıla bilməyən dəqiqlik və ustalıqla hər addım dəqiq hesablanmışdı.
Əvvəlcə işğal altında olan torpaqlar azad edildi. Ardınca böyük gələcəyə hesablanmış addımların növbəti mərhələsi başladı. 5 ilə 200 illik bir yol qət edildi. Bununla da yeni siyasi düzən yaradıldı.
Prezidentin addımlarıı, taktikası strateji baxımdan böyük hədəflərə hesablanırdı.
Sonda İlham Əliyev bu addımlarla təkcə Qarabağı azad etmədi. Ermənistan da daxil, bütün Cənubi Qafqazı azad etdi. 200 ilik imperialist hegemonluq bitir. Nəticədə Rusiya Qafqazdan iri addımlarla gedir. Gerçək və şərəfli tarix budur!
Yeni səhifə açılır. Sülh deklorasiyası, Azərbaycanla ABȘ arasında, eləcə də, ABŞ və Ermənistan arasında ikitərəfli münasibətləri tənzəmləyən memorandum, ATƏT-in Minsk qrupundan çıxmaqla bağlı birgə məktub, sülhün paraflanaması və digər bir çox mühüm sənədlər hazırlanır.
Sülhə dayaq olan bu sənədlərlə regiona təminatlı sabitlik gələcək. ATƏT-in Minsk Qrupundan imtina isə regionun sabitliyinin, xalqalrın sülh şəraitində yaşamasının gələcək təminatıdır.
Bir çoxunun gələcəkdə hesab çürüdəcəyi qala sayıdğı ATƏT-in Minsk Qrupu tarixin arxivinə göndərilməklə, yeni dövrə qədəm qoyulur. O sülh, sabitlik, əməkdaşlıq formatıdır. Bu format üçün Prezident İlham Əliyev ardıcıl və nizamlı siyasi taktikaları o qədər ustalıqla həyata keçirdi ki..!
Yeni nizamda Cənubi Qafqaz sülh məkanına çevrilmək yolundadır. Eynən Azərbaycan kimi. Azərbaycan illərdir bu nümunəni dünyaya göstərir. Ən barışmaz fikirlərin uzlaşmasına Bakı İlham Əliyevin liderliyində ev sahibliyi edir. İndi növbə Cənubi Qafqazı barış regionuna çevirməkdir.
Yeni era budur.
Azərbaycan reallıqları dünyanın reallıqlarına çevrilir.
Rəfael Becanov