Donald Tramp hakimiyyətə gəldikdən sonra Cənubi Qafqazda ənənəvi siyasi xətt də dəyişiklik etdi. Co Baydenin birtərəfli passiv mövqeyini Trampın çoxvektorlu xarici siyasəti izləməyə başladı. Bir tərəfdən Avropa Birliyinin təzyiq etdiyi Gürcüstanı öz tərəfinə çəkmək istəyən ABŞ digər yandan isə Azərbaycan və Ermənistan arasında münaqişənin həll edilməsi və kommunikasiyaların açılamasını istəyir.
Vaşinqtonun əsas istəyi isə Zəngəzur dəhlizinin açılmasıdır. ABŞ - nin bu istəyi ilk növbədə türk blokunun güclənməsi üçündür. Dəhliz açıldıqdan sonra Azərbaycanın əsas hissəsinin Naxçıvanla, o cümlədən Türkiyə ilə quru sərhədi yaranacaq. Bu isə həm də Türkiyənin Mərkəzi Asiyaya keçidi üçün əsas olacaq. ABŞ öz müttəfiqi olan Ankaranın rəhbərliyi altında türk blokunun güclənməsində maraqlıdır. Bu blokun güclənməsi paralel şəkildə ABŞ - nin bölgədə olan 3 əsas rəqibinin - Rusiya, İran və Çinin zəifləməsi deməkdir. Bu, ən çox İranın Ermənistanda təsirinin zəifləməsi deməkdir.
Zəngəzur dəhlizi faktiki olaraq İranın şimal nəqliyyat dəhlizinə alternativ yaradır. ABŞ Zəngəzur dəhlizinə nəzarəti bərpa etməklə eyni zamanda Çinin də qarşısını kəsmək istəyir. Rəsmi Pekin “Bir Kəmər, Bir Yol” təşəbbüsü ilə Avrasiyada böyük nəqliyyat və ticarət şəbəkələri qurur. ABŞ isə alternativ yolların çəkilişini dəstəkləyir. Zəngəzur dəhlizi ilə Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) daha da aktivləşəcək və Çin-Rusiya-İran xəttinə qarşı Türkiyə-Azərbaycan-Gürcüstan vasitəsilə Qərbə alternativ yol olacaq.
Zəngəzur dəhlizi həmçinin Avropanın enerji təhlükəsizliyi üçün də əlverişli şərait yaradır. Bu dəhliz vasitəsi ilə gələcəkdə neft və qaz kəmərlərinin çəkilişi də həyata keçirilə bilər. Bu isə dəhlizə Qərb, o cümlədən ABŞ investisiyasının marağını artırır. ABŞ hələ Bayden admistirasiyanın dövründə Rusiyanın Cənubi Qafqazda təsirini zəiflətmək istəyir. Sülh məsələsində ABŞ - nin vasitəçi ilə Rusiyanın Ermənistandakı təsirinin daha da zəifləməsi deməkdir. Bütün bu səbəblər Donald Trampın aktivliyinin başlıca səbəbləridir.
Zeynal Əmrəliyev