"Zəngəzur dəhlizi ilə bağlı regionda yeniliklər baş verir".
Bu barədə Türkiyənin nüfuzlu “Türkiye” qəzeti yazır.
Qəzetin məlumatına görə, dəhlizin neytral bir şirkət tərəfindən idarə olunması ideyasını ilk dəfə irəli sürən tərəf məhz Türkiyə olub: "İndi isə bu ideya ABŞ tərəfindən konkret razılaşma formasına salınжaraq reallaşmağa yaxındır".
Qəzet yazır ki, Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçən hissəsini ABŞ-a uzunmüddətli icarəyə verməyə razılaşıb. Məlumat Ağ Evdəki mənbələrə istinadla yayılıb. Bu barədə Vaşinqtonda müvafiq sənəd imzalanacağı bildirilir.
Yeni dəhliz “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (Trump’s Road to International Peace and Prosperity – TRIPP) adlandırılacaq. Dəhliz Ermənistana məxsus olaraq onun qanunlarına tabe qalacaq, lakin idarəetməsi ABŞ şirkətinin ixtiyarında olacaq. İcarə modelinin dəhlizin təhlükəsizliyini və dayanıqlı nəqliyyat axınını təmin edəcəyi vurğulanır.
Minsk qrupu buraxılır, yeni regional arxitektura qurulur
Gözlənilən addımlardan biri də 1992-ci ildən fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun (Fransa, Rusiya, ABŞ həmsədrlik institutu) rəsmi şəkildə buraxılması tələbinin liderlər tərəfindən irəli sürülməsidir. Bu, ABŞ-ın Cənubi Qafqazda yeni diplomatik tənzimləmə platforması yaratmaq niyyətindən xəbər verir.
"ABŞ rəsmiləri hesab edir ki, əldə olunacaq sülh sazişi Azərbaycanın İbrahim sazişlərinə (Abraham Accords) qoşulması ilə bağlı danışıqlara təkan verə bilər. Bu isə Azərbaycan-İsrail-Ərəb ölkələri münasibətlərinin yeni mərhələyə keçməsi ehtimalını gücləndirir".- "Türkiye" yazır.
AzNews.az