Putin və Tramp arasında görüş avqustun 11-də baş tuta bilər

8 Avqust 2025 17:13 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında görüş avqustun 11-də baş tuta bilər.

Bu barədə "Fox News" telekanalı mənbələrə istinadən məlumat yayıb.

“Danışıqlarla tanış olan iki mənbə Fox News-a bildirib ki, sammit bazar ertəsi, müzakirə olunan istiqamətlər arasında Roma da olacaq”.

Telekanalın məlumatına görə, görüşün mümkün məkanları kimi Avropa və dünyanın digər ölkələri də nəzərdən keçirilir. Qeyd olunur ki, iki lider arasında bu görüş Trampın 2025-ci ilin yanvarında ABŞ prezidenti kimi fəaliyyətə başlamasından bəri ilk görüş olacaq .

Mövsüm,

AzNews.az