İmişlidə qətl hadisəsi baş verdi

6 Sentyabr 2013 18:14 (UTC+04:00)
İmişli rayonunda qətl hadisəsi baş verib.

İmişli Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Araz çayının rayon ərazisindən keçən hissəsinin sahilində qeydə alınıb.

Çayın sahilində mal-qara otaran rayon sakinləri, 1953-cü il təvəllüdlü Səmid Əzizağa oğlu Zeynalov və 1956-cı il təvəllüdlü Namiq Nərçə oğlu Nəsirov arasında münaqişə yaranıb.

Nəticədə S. Zeynalov N. Nəsirovu bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən S. Zeynalov tutulub.

Faktla bağlı araşdırma aparılır.


AzNews.az