Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq

9 Avqust 2025 00:25 (UTC+04:00)

Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə mətbuata birgə bəyanatında deyib.

“Bizim strateji tərəfdaşlığımız başlayır”, - deyən dövlətimizin başçısı dünyanın ən böyük ölkəsi ilə strateji tərəfdaşlığı böyük imkan və böyük məsuliyyət kimi dəyərləndirib.