ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq

9 Avqust 2025 01:44 (UTC+04:00)

ABŞ Azərbaycan və Ermənistanı tarixi sülh sazişinin əldə olunması münasibətilə təbrik edir.

Bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

"ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında Azərbaycan və Ermənistan liderləri (İlham Əliyev və Nikol Paşinyan - red.) onilliklərlə davam edən münaqişələrə son qoyacaq sülh sazişi bağlamaq barədə razılığa gəliblər. Bu tarixi saziş regionu gücləndirəcək, Amerika ticarəti və investisiyaları üçün yeni qapılar açacaq. Hər iki ölkəni yeni sülh dövrünün başlanması münasibətilə təbrik edirik", - Rubio qeyd edib. (report)

AzNews.az