Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib.
AzNews.az xəbər verir ki, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın keçirilən ilk iclasında təşkilati məsələlərə baxılıb.
Tədbirdə Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov seçilmiş üzvləri təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. O, İctimai Şuranın yeni tərkibindən gözləntilərin yüksək olduğunu vurğulayıb və iştirakçıları Xidmətin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı barədə məlumatlandırıb. İctimai Şuranın fəaliyyətinin əhəmiyyətini bildirib.
Daha sonra İctimai Şuranın açıq səsvermə yolu ilə rəhbər vəzifələrinə seçki keçirilib. “Azərbaycan Hüquqşünasları Konfederasiyası” İctimai Birliyinin nümayəndəsi Sima Yaqubova Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri seçilib. “Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin nümayəndəsi Kəmalə Məmmədova İctimai Şuranın sədr müavini, “Miqrasiya Könüllüsü” İctimai Birliyinin nümayəndəsi Şəbnəm İbrahimli isə Şuranın katibi seçiliblər.
Tədbir zamanı İctimai Şura üzvləri tərəfindən gələcək fəaliyyətləri barədə fikir mübadiləsi aparılıb və müvafiq təkliflər verilib.
AzNews.az