Stalinin heykəli Gürcüstanda narazılıq yaratdı

6 Sentyabr 2013 20:30 (UTC+04:00)
Gürcüstanın Telavi şəhərinin rəhbərliyi İosif Stalinin bu günlərdə qoyulmuş heykəlinin sökülməsi barədə qərar verib. Abidə beş gün ərzində sökülməlidir.

Şəhər administrasiyasından bildirirlər ki, bunu "Stalin" təşkilatının fəalları etməlidirlər, çünki onlar abidəni şəhər hakimiyyətinin xəbəri olmadan quraşdırıblar.

Təşkilatın yerli bölməsinin sədri Şota Lazariaşvili isə meriyanın əmrini yerinə yetirməyəcəklərini bildirirlər. O, həm də abidənin qorunması üçün imza topladıqlarını bildirib. 3 metrlik heykəl Telavidə sentyabrın 1-də quraşdırılıb.(anspress)

AzNews.az