Sumqayıtda evdən 45 min manat oğurlanıb

9 Avqust 2025 14:48 (UTC+04:00)

Sumqayıtda 45 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Aznews.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhəri ərazisində yerləşən evlərin birindən 45 min manat pul oğurlanıb və vəsaitin əvəzinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub.

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı C.Cabbarova müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.