Sərhəd qoşunları komandanları Bakıya toplaşır

6 Sentyabr 2013 20:40 (UTC+04:00)
Sentyabrın 9-da Bakı şəhərində Müstəqil Dövlətlər Birliyinin Səthəd Qoşunlarının Komandanları Şurasının 70-ci iclası keçiriləcək.

DSX-dən AzNews.az-a verilən məlumta görə, tədbirdə Belarus, Qazaxstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna sərhəd xidmətləri, SQKŞ-nin Əlaqələndirici xidməti, MDB İcraiyyə Komitəsi, MDB-nin Antiterror Mərkəzi, Avrasiya İqtisadi Birliyinin nümayəndə heyətləri iştirak edəcək.

Müstəqil Dövlətlər Birliyinin üzv ölkələri arasında sərhəd təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlıq məsələlərinin əlaqələndirilməsini həyata keçirən SQKŞ 1992-ci ildən fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti SQKŞ-də müşahidəçi statusuna malikdir. SQKŞ-nin 2001-ci ildə 40-cı, 2008-ci ildə isə 60-cı iclasları Bakı şəhərində keçirilib.

Nöbvəti iclas MDB iştirakçısı olan dövlətlərin sərhədlərində vəziyyət və э əməkdaşlığın inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılacaq. 2013-cü il ərzində keçirilmiş birgə əməliyyat-profilaktik tədbirlərin nəticələri və 2014-cü ildə planlaşdırılan əməliyyatlar, MDB çərçivəsində sərhəd əməkdaşlığının hazırki vəziyyəti və onun inkişafı üçün prioritet istiqamətlər nəzərdən keçiriləcək. 2014-cü il üçün Fəaliyyət Planı müzakirə olunacaq.

Bununla yanaşı, bir sıra sərhəd xidmətlərinin nümayəndə heyətləri arasında ikitərəfli formatda görüşlər keçirilərək qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılması planlaşdırılır.

Tədbir çərçivəsində nümayəndə heyətləri Dövlət Sərhəd Xidmətinin Akademiyası, "Sərhədçi" İdman Olimpiya Mərkəzi və digər bölmələrinin fəaliyyəti ilə tanış olacaqlar.

Elnarə
AzNews.az