Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq

11 Avqust 2025 11:39 (UTC+04:00)

Bu gün Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılacaq.

Şəhərin Əliqulu Qəmküsar küçəsini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar bu gün saat 10:30-da həmin ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.

İşlərin gün ərzində yekunlaşdırılması nəzərdə tutulur.

AzNews.az