Xocalı rayonunun Xanyurdu kəndinə yola salınan növbəti köç karvanı kəndə çatıb, açarlar sakinlərə təqdim olunub.
Açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər
Qeyd edək ki, Xanyurdu kəndinə ilk mərhələdə 33 ailə (122 nəfər), bu mərhələdə isə 19 ailə (62 nəfər) köçürülüb. Bununla da kəndə köçürülən ailələrin sayı 52-yə (184 nəfər) çatıb.
Xocalı rayonuna yola salınan növbəti köç karvanı Xanyurdu kəndinə çatıb.
Xanyurdu kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə kəndə 19 ailə (62 nəfər) köçürülüb.
13:46
Xocalı rayonunun Xanyurdu kəndinə növbəti köç karvanı yola salınıb.
Rayonun Xanyurdu kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xanyurdu kəndinə 19 ailə (62 nəfər) köçürülür.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.
AzNews.az