Prezident İlham Əliyev Vladimir Feketeni “Dostluq” ordeni ilə təltif edib

11 Avqust 2025 15:53 (UTC+04:00)

Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete “Dostluq” ordeni ilə təltif edib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, V.Fekete Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə təltif olunub.

AzNews.az