Kolumbiyada 2026-cı ildə keçiriləcək ümumi seçkilərdə sağçı partiyanın potensial prezidentliyə namizədlərindən olan 39 yaşlı senator Migel Uribe Turbay iyunun 7-də silahlı hücum zamanı aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Paytaxt Boqotanın qərbindəki Modelia məhəlləsində vətəndaşlar qarşısında çıxış edərkən hədəf alınan Turbayın 6 güllə ilə vurulduğu bildirilir.
Hücumdan sonra hökumət Fövqəladə Cavab Planını işə saldı və sui-qəsdin təşəbbüskarı olduğu güman edilən şübhəli polis tərəfindən tutuldu.
Mövsüm,
AzNews.az