Avstraliya Baş Naziri elan etdi: Fələstin dövlətini tanıyacağıq

11 Avqust 2025 17:13 (UTC+04:00)

İsrail Qəzzanı tam işğal etmək qərarı ilə həyata keçirdiyi əməliyyatlara hazırlaşarkən , bir çox ölkə Fələstini tanımaq üçün qərarlar verir.

Fransa, Kanada, Finlandiya və Portuqaliya kimi ölkələrin ardından Avstraliya da bir addım atıb.

Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlama verən Avstraliyanın baş naziri Entoni Albanese ölkəsinin Fələstin dövlətini tanımaq qərarına gəldiyini və bu qərarı sentyabrda BMT Baş Assambleyasında rəsmiləşdirəcəklərini bildirib.

"İki dövlətli həll bəşəriyyətin Yaxın Şərqdəki zorakılıq dövrəsini qırmaq və Qəzzada münaqişə, əzab və aclığa son qoymaq ümididir",- deyə Albanese qeyd edib.

Qəzzada aclığa diqqət çəkən Albanese, "Qəzzada vəziyyət dünyanın ən dəhşətli qorxusunu aşdı. İsrail hökuməti beynəlxalq hüquqa meydan oxumağa davam edir və uşaqlar da daxil olmaqla ümidsiz insanlara lazımi yardım, yemək və su verməkdən imtina edir" dedi.

Mövsüm,

AzNews.az