Daşkəsəndə 600 kq-dan artıq çətənə bitkisi məhv edilib

12 Avqust 2025 10:58 (UTC+04:00)

Daşkəsəndə yabanı halda bitən 600 kq-dan artıq çətənə bitkisi məhv edilib.

Daşkəsən rayonunda polis əməkdaşlarının keçirdiyi “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.

Ümumi çəkisi 634 kq olan 712 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.

AzNews.az