İsa Qəmbər Lalə Şövkəti hakimiyyətə işləməkdə ittiham etdi

7 Sentyabr 2013 07:26 (UTC+04:00)
Müsavat başqanı İsa Qəmbər ötən gün Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət və partiyanın sədri Əvəz Temirxanın mətbuatda özü və Müsavat Partiyası haqqında səsləndirdikləri ittihamlara ad çəkmədən cavab verib.

AzNews.az-ın məlumatına görə, Müsavat başqanı "facebook" sosial şəbəkəsində hesabında belə bir qeyd yazıb: "Əgər hakimiyyət Milli Şuraya zərbə vurmaq üçün müxalifət daxilində özünün ən önəmli adamlarının maskalarının cırılmasına gedirsə, demək hakimiyyətin vəziyyəti çox ağırdır, bizim bildiyimizdən də ağırdır".

Qeyd edək ki, dünən L.Şövkət mətbuata müsahibəsində Milli Şura təmsil olunan siyasi liderləri aşağılayan açıqlama vermişdi. Ə.Temirxan isə Müsavat başqanını hakimiyyətə işləməkdə ittiham etmişdi.

AzNews.az