Tədbir 01 avqust 2025 -ci il tarixində Mingəçevir şəhəri Mingəçevir Regional QHT-lərin Resurs və Təlimi İctimai Birliyinin ofisində həyata keçirilib.
Onu da qeyd edək ki, “Tullantısız gələcək” devizi ilə altında həyata keçirilən maarifləndirici tədbirlər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Radioaktiv Şüalanmadan Zərərçəkmişlərin Müdafiəsi ” İctimai Birliyi tərəfindən təşkil edilib.
Layihə rəhbəri Aytən Hüseynova bildirib ki, layihənin məqsədi Mingəçevir şəhərində yerli əhalinin tullantıların təkrar email ilə bağlı məlumatlılığını artırmaqdan ibarətdir.
Layihə haqqında məlumat verən Aytən Hüseynova qeyd edib ki, Qlobal iqlim dəyişikliyi tullantıların artması, ətraf mühitin çirklənməsi, torpaqların səhralaşması və təmiz içməli su çatışmazlığına səbəb olur. Təbii ki, bu proses bütün dünyanı narahat etdiyi kimi, Azərbaycanda da əlaqədar qurumların gərəkli tədbirlər görməsini tələb edir. Vəziyyətdən çıxmağın optimal variantlarından biri tullantıların təkrar emalıdır. Təkrar emal təbii sərvətlərimizi qorumağa kömək edir, ekoloji cəhətdən təmiz və “yaşıl planet”in yaranmasında çox böyük rol oynayır. Üstəlik, bu proses təbii ehtiyatları gələcək nəsil üçün qoruyur, istehsal olunan tullantıların miqdarını azaldır və zibilxanaların həddindən artıq yüklənməsinin qarşısını alır. Təkrar emal yeni iş yerlərinin yaranmasına yol açır, xammal “ovunu” məhdudlaşdırır. Bütün bunlar Azərbaycanda ekoloji siyasətin əsas istiqamətləri olmaqla yanaşı, həm də ətraf mühitin mühafizəsinə və təbii sərvətlərdən səmərəli istifadəyə təkan verir. Nəticədə ölkə ərazisində yüksəkkeyfiyyətli ekoloji mühit və “yaşıl eneji” məkanı yaranır.Məlumdur ki, ətraf mühiti çirkləndirən əsas faktorlardan biri də plastik qablaşdırma tullantılarıdır. Həmin tullantılar təbiətdə yüz illər ərzində parçalanmır, miqdarı isə ilbəil artır. Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti çirkləndirir, kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafını ləngidir və məhsuldarlığın aşağı düşməsinə səbəb olur.
Layihə rəhbəri layihənin həyata keçirilməsinə göstərilən maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürümüzü bildirib.
Tədbir maraqlı diskusiya şəraitində baş tutub.