“ABŞ İrana qarşı təzyiqləri davam etdirəcək“

7 Sentyabr 2013 07:41 (UTC+04:00)
"ABŞ hesab edir ki, İrana qarşı neft embarqosu bəhrəsini verib və Tehrandan nüvə proqramının dayandırılmasına nail olmaq üçün təzyiqi davam etdirmək lazımdır"

Trend-in ABŞ dövlət departamentinin saytına istinadən verdiyi məlumata görə, bu barədə cümə günü ABŞ dövlət katibi Con Kerri bildirib.

"Ümumilikdə 20 ölkə İrandan neftin alınma həcmini əhəmiyyətli dərəcədə azaltmağa davam etdirirlər. Biz İran hökumətinə ciddi təzyiq göstərib və tərəfdaşlarımızla işimizi davam etdirəcəyik ki, bu təzyiq gücləndirilsin və bununla da İran öz beynəlxalq öhdəliklərini yerinə yetirsin," - Kerri deyib.

Onun sözlərinə görə, ABŞ İrandan neft alınması ilə əlaqədar mümkün olan namizədlərdən 2012-ci ilin iyulun 1-dən İran neftin almayan Yaponiya, eləcə də Avropa İttifaqının 10 dövlətinə qarşı sanksiyaları ləğv ediblər.

AzNews.az