Ermənilərin düşməninə Dövlət Departamentində vəzifə verildi

7 Sentyabr 2013 08:15 (UTC+04:00)
ABŞ Dövlət Departamentinin yeni mətbuat katibi postuna qondarma erməni soyqırımını qətiyyətlə inkar edən şəxs gətirilib. Belə ki, "Los Angeles Times" qəzetinin keçmiş redaktoru Duq Frans bundan sonra bu vəzifəni icra edəcək. Yeni təyinat ermənilərin etirazi ilə qarşılanıb. "Nouvelles d`Arménie" xəbər verir ki, yeni mətbuat katibinin Türkiyə ilə olduqca sıx əlaqələri var. O, bir neçə il İstanbulda qəzetin büro rəhbəri kimi fəaliyyət göstərib. Erməni mətbuatı onun Türkiyədə olduğu müddətdə türk rəsmiləri ilə sız təmasda olduğunu vurğulayır. Hətta onun 2007-ci ildə İstanbulda konfrans da təşkil etdiyi bildirilir.

Elnur
AzNews.az