Azərbaycan XİN Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib

14 Avqust 2025 10:48 (UTC+04:00)

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Bu barədə qurumun "X" hesabında yazılıb.

"Qardaş Pakistan xalqını və hökumətini Müstəqilliyi Günü münasibətilə ürəkdən təbrik edirik! Yaşasın Pakistan! Müstəqillik gününüz mübarək!", - paylaşımda qeyd olunub.

AzNews.az