Nikol Rusiyaya gedir

15 Avqust 2025 11:48 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda Rusiyaya səfəri gözlənilir.

APA xəbər verir ki, bunu jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Qeyd edək ki, Ermənistanın baş naziri son dəfə Rusiyada iyul ayında olub və Altayda keçirilən Beynəlxalq Ekoloji Konfransda iştirak edib.

AzNews.az