Cəmil Həsənlinin imza kampaniyası bitdi: 44 min imza

7 Sentyabr 2013 08:44 (UTC+04:00)
Bu gün Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin imzaları Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək.

Bu barədə AzNews.az-a C.Həsənlinin MSK-dakı təmsilçisi Gülağa Aslanlı məlumat verib.

G.Aslanlı bildirib ki, C.Həsənliyə 44 mindən artıq imza toplanılıb: "İmzalar tam yoxlanıldıqdan sonra bu gün gün ərzində Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək".

Anar
AzNews.az