Hindistanda daşqınlarda ölənlərin sayı 60-a çatıb

15 Avqust 2025 12:17 (UTC+04:00)

Hindistanın şimalına güclü yağış yağması nəticəsində 60 nəfərin ölümünə səbəb olub .

Bu barədə “Times of India” məlumat yayıb.

Nəşr Cammu və Kəşmir əyalətinin baş naziri Ömər Abdullaya istinadən, "Kiştvarda leysan yağışları nəticəsində 60 nəfər ölüb, 100-dən çox insan yaralanıb",-deyə qeyd edib.

Bildirilib ki, indiyədək 160-dan çox insan xilas edilib, onlardan 38-nin vəziyyəti ağırdır. Bir neçə nəfər hələ də itkin düşdüyündən ölənlərin sayının artacağı gözlənilir.

Mövsüm,

AzNews.az