Tovuzda zəlzələ olub

16 Avqust 2025 09:08 (UTC+04:00)

Tovuz rayonunda zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Aznews.az-a verilən məlumata əsasən, yerli vaxtla saat 08.31-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,5 olub.

Zəlzələ ocağı Yerin 10 km dərinliyində yerləşib.

Zəlzələ hiss olunub.