XİN Pakistanda baş verən faciə ilə bağlı paylaşım edib

16 Avqust 2025 11:52 (UTC+04:00)

Pakistanın şimal hissəsində baş verən daşqınların törətdiyi faciəli insan tələfatı və dağıntılar bizi dərindən kədərləndirir.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial media hesabında paylaşım edilib.

"Düşüncələrimiz və dualarımız qurbanlar və onların ailələri ilədir.

Azərbaycan bu çətin zamanda qardaş Pakistan xalqı və hökuməti ilə həmrəydir", - deyə paylaşımda bildirilib.