ReAl Hərəkatı imza kampaniyasını yekunlaşdırdı

7 Sentyabr 2013 09:44 (UTC+04:00)
Respublikaçı Alternativ Hərəkatının prezidentliyə namizədi İlqar Məmmədovun imza kampaniyası yekunlaşıb.

Bu barədə AzNews.az-a Hərəkatın icra katibi Natiq Cəfərli məlumat verib. O bildirib ki, artıq 40 mindən çox imza toplanıb və vərəqələrin əksəriyyəti imzalanmaq üçün İ.Məmmədovun saxlanıldığı Kürdəxanı Təcridxanasına göndərilib. N.Cəfərlinin sözlərinə görə, bir neçə imza vərəqəsi qalıb ki, onlar da günün sonuna qədər yoxlanılıb yekunlaşdırılacaq və gələn həftənin bazar ertəsi imzalanmaq üçün İ.Məmmədova göndəriləcək: "Bazar günü İlqar bəylə görüş verilmir.

Buna görə də məcburuq ki, birinci gün saat 12-yə qədər qalan son vərəqələri də İlqar bəyə imzalatdıraq və Mərkəzi Seçki Komissiyasına təqdim edək".

Anar
AzNews.az